“Khazar EPC” MMC.



Biz kimik ?
2001-ci ildə təsis olunmuş “Proqres-M” MMC-nin əsas fəaliyyət sahəsi beynəlxalq ticarət həmçinin kiçik və orta sahibkarlıq subyektləri üçün texnika və sənaye avadanlığın çatdırılması olmuşdur.
Daha sonra həmin şirkətin bazasında “Khazar EPC” MMC-nin yaradılması ilə, EPC fəaliyyəti yəni orta və iri sənaye layihələri üçün mərkəzləşdirilmiş layihələndirmə-satınalma-inşaat xidmətinin sifarişçilərə təqdin olunmasında ibarət olmuşdur. Ha-hazırda “Khazar EPC” MMC müştərilərinə sənaye və infrastruktur layihələri üzrə texnki-iqtisadi əsaslandırmasından başlayaraq texniki xidmət
və personal təlimləri daxil olmaqla açar təhvili sisteminin təmin olunması həyata keçirməkdədir.
Khazar EPC MMC-nin uzun müddətli təcrübəsi və dayanıqlı inkişafı istənilən layihəni ətraf mühit üçün təhlükəsiz və ən yüksək texnoloji standartlara cavab verən tələbnaməyə uyğun reallaşdırmağa imkan yaradır.